Azərbaycanın iki yolu qalır – Şərh

“Ordumuz daha bir şəhid verib, sərhəddə döyüşlər davam edir: Ermənistanın komando-qərargah avtomobili məhv edilib, ermənilərin dayaq məntəqəsinin yandığı görüntülər də yayılıb”.

Globalinfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib.

O, bildirib ki, İrəvan sülh istəmir:

“30 illik uzatma taktikasından yenə istifadə edir, prosesin xeyirlərinə dəyişə biləcəyini düşünürlər. Hərçənd, Ermənistanı hərbi zərbələrlə də tərbiyə etməyin mümkün olmayacağı fikri hər keçən gün güclənir. Azərbaycan üçün iki yol qalır: danışıqlar masası davam etsə də, hədəflərinə praktiki addımlarla çatmaq və İrəvana qarşı siyasi-iqtisadi təcrid strategiyasını daha da genişləndirmək”.