Azərbaycanda ŞOK: aparıcı casus ittihamı ilə həbs edildi – FOTO

Azərbaycanın Xankəndi şəhərindəki separatçı rejimdə Seyran Karapetyan adlı aparıcı həbs edilib.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “VETO” təşkilatının rəhbəri Narek Malyan yayıb.

Karapetyanın çalışdığı İctimai Radio onun işdən ayrıldığını açıqlayıb.

Ermənistan mətbuatı isə Karapetyanın “dövlətə xəyanət” maddəsi ilə ittiham edilərək həbs edildiyini yazıb.

Qeyd edək ki, Karapetyan qondarma rejimin İctimai Radiosunun rus bölməsinin rəhbəri kimi çalışıb. Sözügedən radio daim Azərbaycana qarşı təxribat məzmunlu məlumatlar yayıb.

İlkin Həsənov
Globalinfo.az