Türkiyə ilə Azərbaycanın “Bir millət, iki dövlət” şüarı ilə əməkdaşlığının, qardaşlığının və ittifaqının hər sahədə inkişafına davam edəcəyik.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Birol Akgün X hesabında yazıb.
“Bu şərəfli vəzifəmizi yerinə yetirəcəyimiz müddətdə Türkiyə ilə Azərbaycanın əməkdaşlığının, dostluğunun və müttəfiqliyinin hər sahədə “Bir millət, iki dövlət” prinsipi əsasında inkişafını davam etdirəcəyik”, – deyə diplomat qeyd edib.
Qeyd edək ki, B.Akgün yanvarın 11-də Azərbaycana yeni səfir təyin olunub. O, fevralda vəzifəsinin icrasına başlayacaq.