Azərbaycanda qəza: Balıqlar yola dağıldı, sıxlıq yarandı – VİDEO

Abşeron rayonu, Mehdiabad qəsəbəsində balıq daşıyan avtomobil qəzaya uğrayıb.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.

Hadisə zamanı balıqlar yerə dağılıb və nəticədə yolda tıxac yaranıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Həmin görüntüləri təqdim edirik: