photo 124460 1684987872

Bu gün səhər saatlarında polis baş serjantı Samir İsmayıl oğlu Mustafayev xəstəxanada vəfat edib.

Bu barədə Globalinfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, 1981-ci il təvəllüdlü S.Mustafayev mayın 24-də axşam saatlarında qida zəhərlənməsindən xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi müdaxilələrə baxmayaraq onun həyatını xılas etmək olmayıb. Araşdırma aparılır.

Qeyd edək ki, S.Mustafayev Əlahiddə Çevik Polis Alayında manqa komandiri vəzifəsində xidmət edib.

Paylaş: