Mingəçevir şəhərində ağır yol-nəqliyyat hadisəsi olub.
Globalinfo.az Report-a istinadən xəbər verir ki, “Mercedes Vito” markalı mikroavtobus öncə minik avtomobili ilə toqquşub, sonra idarəetmədən çıxaraq aşıb.
Hadisə nəticəsində 1 nəfər – 1989-cu il təvəllüdlü Yasəmən Həbliyeva aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
Həkimlərim səyinə baxmayaraq yaralılardan 2020-ci il təvəllüdlü Adəm Həbliyevin həyatını xilas etmək mümkün olmayıb.
Qəza zamanı habelə daha 6 nəfər – 1973-cü il təvəllüdlü Teyyub Məhərrəmov, 1985-ci il təvəllüdlü Elgiz İsmayılov, 1980-ci il təvəllüdlü Əlizamin Musayev, 1990-cı il təvəllüdlü Xəyalə Mirzəyeva, 1983-cü il təvəllüdlü Amil Nəbiyev, 1992-ci il təvəllüdlü Nuranə Mustafayeva xəsarət alıblar.
Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyəti kafi və orta-ağırdır.
Qeyd edək ki, ölən və zərərçəkənlər Bakıdan Mingəçevirə qayıdan “Mercedes Vito” markalı mikroavtobusda olan sərnişinlərdir.
Faktla bağlı araşdırma aparılır.