ismayilli

İsmayıllının Minkə kəndində təsərrüfat məqsədilə istifadə olunan tullantı quyusunda bacı-qardaş boğularaq ölüb.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə zamanı 2011-ci il təvəllüdlü İsmayılova Əfsanə Rövşən qızı və onun qardaşı, 2014-cü il təvəllüdlü İsmayılov Cahan Rövşən oğlu ölüb.

Kənd sakinlərinin sözlərinə görə, tullantılar üçün qazılan quyular yaxınlıqda yerləşən heyvandarlıq təsərrüfatına aid olub.

Hadisədən sonra uşaqların meyitləri quyudan çıxarılaraq İsmayıllı morquna təhvil verilib. Meyitlərə müvafiq baxış keçirildikdən sonra ailələrinə təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

***22:45

İsmayıllıda göldə bacı və qardaş batıb.

Globalinfo.az bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə rayon ərazisində yerləşən təsərrüfat əhəmiyyətli göldə baş verib.

Bildirilir ki, gölə düşən qardaşını xilas etmək istəyən bacı suda boğularaq həyatını itirib. Onun meyiti sudan çıxarılıb.

Digər yeniyetmənin axtarışları davam etdirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Paylaş: