6a3048387498a6a3048387498b17815491126a304838749886a30483874989 2

Salyan Dövlət Kukla Teatrının aktyoru Qalib Məlikov vəfat edib.

Globalinfo.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə teatr özü məlumat yayıb.

Onun uzun sürən xəstəlikdən vəfat etdiyi bildirilir.

Qalib Məlikov teatr səhnəsində yaratdığı obrazlarla yanaşı, kino sahəsində də fəaliyyət göstərib. O, kinorejissor Kürçaylı Məmmədovun çəkdiyi “Bərə” filmində ata obrazını canlandırıb.

Paylaş: