82e3004e 8d88 3e19 8964 44af90ffd874 825

Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə Böyük Britaniyanın NATO-dakı daimi nümayəndəsi Anqus Lapsley ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı nümayəndəliyindən bildirilib.

Sülh Naminə Tərəfdaşlıq (SNT) çərçivəsində tərəfdaşlıq, Azərbaycan-Böyük Britaniya ikitərəfli münasibətləri, o cümlədən regionda baş verən son hadisələr və Azərbaycan-Ermənistan sülh prosesinə dair 8 avqust 2025-ci il tarixində Vaşinqtonda keçirilən tarixi görüşün nəticələri müzakirə edilib.

Paylaş: