tigran grigoryan

“ABŞ Ermənistana görə Azərbaycana qarşı mövqeyini sərtləşdirməyəcək”.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə erməni politoloq Tiqran Qriqoryan çıxış edib.

“Kommunikasiyaların açılması Rusiya və Çinin regionda təsirini azaladacaq deyəndə bu, Azərbaycan tərəfindən pozitiv qəbul edilmir. Düşünmürəm ki, Azərbaycan Rusiyanın regionda təsirinin azalmasını istəyir, çünki Bakı böyük oyunçular arasında balansın pozulmamasında maraqlıdır. ABŞ isə Azərbaycana münasibətdə mövqeyini sərtləşdirməyəcək. Bu da daha çox bizim regionun ABŞ üçün çox da vacib olmaması ilə bağlıdır”, – o bildirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: