WhatsApp Image 2025 11 06 at 13.28.20

Globalinfo.az Türkiyənin Kahramanmaraş şəhərində inşa edilən “Azərbaycan” məhəlləsindən xüsusi reportaj hazırlayıb.

Qeyd edək ki, “Azərbaycan” məhəlləsində tikinti işləri Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən həyata keçirilib. Ərazidə yaşayış binaları ilə yanaşı, Heydər Əliyev adına ibtidai məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi və digər sosial obyektlər inşa olunub.

2024-cü il sentyabrın 11-də Heydər Əliyev adına ibtidai məktəbin və uşaq bağçasının açılışları olub.

Xatırladaq ki, bu il iyunun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilib.

Sözügedən məhəllədən kadrları təqdim edirik:

Qlobal Jurnalistlər Şurasının Siyasi Məsələlər üzrə rəhbəri Deniz Büstani
Globalinfo.az
Ankara

Paylaş: