6c972c80 bf6a 30ed b51a 956b39032177 850

Ötən gün Ermənistan Silahlı Qüvvələrinin mövqelərimizi müxtəlif istiqamətlərdən atəşə tutmasından sonra Avropa İttifaqının (Aİ) bu ölkədəki müşahidə missiyasının üzvləri sərhədə göndərilib. 

Globalinfo.az xəbər verir ki, patrulun sərhədin atəşkəsin pozulduğu bildirilən hissələrinə göndərildiyi açıqlanıb.

Missiyanın məlumatına görə, hazırda heç bir gərginlik yoxdur.

“Vəziyyət sakit olaraq qalır. Qeyri-adi fəaliyyət müşahidə olunmur”, – məlumatda qeyd edilir.

Xatırladaq ki, Azərbaycan Müdafə Nazirliyi ötən gün sərhəddə mövqelərimizin müxtəlif vaxtlarda üç dəfə atəşə tutulduğunu açıqlayıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: