Sərhəddə silahlar susmadı – MN daha bir məlumat yaydı

Ermeni esger ordu ates 11111

Martın 16-sı saat 20:10-dan 20:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Burun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

***20:27

Martın 16-sı saat 18:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xəzinəvar yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Globalinfo.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

***13:44

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Bu barədə Globalinfo.az-a Müdafiə Nazirlyindən bildirilib.

Martın 16-sı saat 09:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub.