Millimiz Belarusa da məğlub oldu

esassss

Azərbaycan millisi yoldaşlıq görüşündə Belarusa məğlub olub.

Globalinfo.az xəbər verir ki, Masazırdakı “Bank Respublika Arena”da keçirilən matç rəqib komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Azərbaycan yığmasının qapısından Pavel Zabelin (59) və Nikita Demçenko (78) keçiriblər.

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv martın 22-də Haitiyə də məğlub olmuşdu – 0:3.

***

Futbol üzrə Azərbaycan millisi bu gün növbəti sınağına çıxacaq.

Globalinfo.az xəbər verir ki, Fernandu Santuşun çalışdırdığı yığmamız Belarus millisini qəbul edəcək.

Masazırda keçiriləcək oyunu Gürcüstandan olan hakimlər briqadası idarə edəcək.

Xatırladaq ki, Azərbaycan yığması bir neçə gün öncə Sumqayıtda keçirdiyi ilk yoxlama oyununda Haitiyə 0:3 hesabıyla uduzub.

Yoxlama oyunu 25 mart 21:45.

Azərbaycan – Belarus

Baş hakim: Aleko Aptsiauri (Gürcüstan).

“Bank Respublika Arena”.

***

Azərbaycan: 23. Rza Cəfərov, 21. Mert Çelik, 4. Bəhlul Mustafazadə (k), 14. Zamiq Əliyev, 17. Toral Bayramov, 6. Ozan Kökçü, 18. Səbuhi Abdullazadə, 25. Şahin Şahniyarov, 10. Mahir Emreli, 24. Xəyal Əliyev, 19. Nəriman Axundzadə

Baş məşqçi: Fernandu Santuş

Belarus: 16. Fyodor Lapouxov, 3. Pavel Zabelin, 6. Sergey Politeviç (k), 4. Aleksey Qavriloviç, 2. Kirill Peçenin, 9. Maks Ebonq, 14. Yevgeni Yablonski, 19. Yuri Kovalyov, 17. Vitali Lisakoviç, 10. Valeri Qromiko, 23. Trofim Melniçenko

Baş məşqçi: Karlos Alos