AZAL bu tarixdən Londonun daha bir hava limanına uçuşlara başlayır

Bu ilin mart 31-dən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Böyük Britaniyanın London şəhərində yerləşən Qatvik hava limanına uçuşlara başlayır.

Bu barədə Globalinfo.az -a AZAL-dan bildirilib.

Məlumata görə, AZAL Qatvik hava limanına uçuşları həftədə 3 dəfə (bazar, çərşənbə və cümə günləri) həyata keçirəcək.

Qeyd edək ki, bir sıra aviaşirkətlər hava limanı rüsumlarının az olması və London şəhərinin digər hava limanı Hitrouda doluluq səbəbindən Qatvik aeroportuna yönəlir.

Londonun Hitrou Beynəlxalq Hava Limanına reyslər üç sinifli – ekonom, Comfort-klub və VIP-klub – salonlarla təchiz edilmiş müasir “Boinq-787 Dreamliner” təyyarəsində həyata keçirilir. Heydər Əliyev Beynəlxalq Aeroportundan Hitrou limanına uçuşlar həftədə 3 dəfə – çərşənbə axşamı, cümə axşamı və şənbə həyata keçirilir.

Xatırladaq ki, ən son AZAL Doha və Pekin şəhərlərinə yeni reyslərlə şəbəkəsini genişləndirmişdi.