IMG 20250612 WA0085

Metronun “Azadlıq Prospekti” stansiyasının çıxış hissəsindəki kafenin masalarının səkini tutması vətəndaşların narazılığına səbəb olub. Belə ki, kafenin ön hissəsi sahibkar tərəfindən zəbt edilib, insanların hərəkət etdiyi yola masalar yerləşdirilib.

Globalinfo.az məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə, eləcə də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu ünvanlayıb.

Komitədən bildirilib ki, masalar ərazidən yığışdırılıb:

“Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 12 iyun 2025-ci il tarixində ictimai nəzarət qaydasında daxil olan müraciət əsasında Bakının Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 23 ünvanında monitorinq keçirilib. Ərazidə fəaliyyət göstərən qeyri-yaşayış obyektinin ön hissəsində vətəndaşların ümumi istifadəsində olan sahənin zəbt olunması faktı aşkar edilib. Komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi əməkdaşlarının operativ müdaxiləsi nəticəsində obyektin qarşısındakı ictimai sahə boşaldılaraq, sakinlərin hərəkətinə yaradılan maneə tam aradan qaldırılıb”.

Binəqədi İH-dən verilən məlumata görə, məsələyə rəsmi münasibət bildiriləcək.

IMG 20250612 WA0085

IMG 20250612 WA0080 IMG 20250612 WA0081 IMG 20250612 WA0084

Zaira Akifqızı

Globalinfo.az

Paylaş: