
Türkiyənin Millətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Baxçalı küçə çağırışı edən Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özələ xəbərdarlıq edib.
Globalinfo.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində paylaşım edilib.
“Məhkəməyə hörmət edin, partiyanızda qalın”, – deyə partiya Baxçalının adından bildirib.
Qeyd edək ki, CHP sədri Özgür Özəl aralarında İstanbul meri Əkrəm İmamoğlu da olmaqla, 87 şübhəlinin saxlanılmasından sonra ictimaiyyəti Saraçhanedəki İstanbul Böyükşəhər Bələdiyyəsi binası qarşısında küçələrə çıxmağa çağırıb.
Genel Başkanımız Sayın Devlet Bahçeli’den CHP Genel Başkanı Özgür Özel’e uyarı. Yargıya saygı duy, partinde otur.
— MHP (@MHP_Bilgi) March 21, 2025
Gülnar Səlimova
Globalinfo.az