Azad Şabanovdan oğluyla bağlı paylaşım – Fotolar

 

Müğənni Azad Şabanov oğlu Səid Əli ilə bağlı paylaşım edib.

 

 

Axşam.az xəbər verir ki, sənətçi həyat yoldaşı Tamilla və oğluyla birlikdə çəkilən fotolarını sosial şəbəkədə yayımlayaraq övladının 2 yaşı olduğunu bildirib:

“Sevgi, məhəbbət, eşqin ilk yeni tamını mənə yaşadan övladım! Mübarəksən, atanın ən yaxın dostu – Şabanov Səid Əli Azad oğlu. Gözəl, zərif qızımızı, sənin üçün hər şeyi qurban verən ananı qoruyasan. Xanımlara qarşı hər zaman diqqətli, qardaşının sirdaşı, ailəmizin fəxri olasan. Atanız sizlə yaşayır. Ad günün mübarək”.

Qeyd edək ki, müğənni 2019-cu ildə ailə qurub.