Azərbaycanda yeni milli parklar yaradılacaq

“Ölkədə yeni milli parkların yaradılması və mövcud qoruqların milli parklara çevrilməsi nəzərdə tutulub”.

Globalinfo.az bildirir ki, APA-nın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev “Ekspert saatı”nda qonaq olarkən deyib.

O bildirib ki, bu istiqamətdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən prosedura başlanılıb:

“Məqsəd odur ki, ekosistemə turistlərin, vətəndaşların əlçatanlığı təmin olunsun”.