Azərbaycanda TV-lərin reytinqini ölçmək üçün şirkət yaradıldı

Uzun illərdən sonra Azərbaycanda reytinqlərin ölçülməsi ilə bağlı problem həllini tapıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov “Audiovizual media məkanında reklam fəaliyyəti” mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib.

O qeyd edib ki, bu sahədə müasir texnologiyalardan istifadə olunacaq.

“Artıq reytinqlərin ölçülməsi ilə bağlı müvafiq şirkət yaradılıb və yaxın 2 həftə ərzində sözügedən şirkətin açılışı olacaq”, – Şura sədri vurğulayıb.