Azərbaycanda ilk Milli Şəhərsalma Forumu keçiriləcək

Azərbaycanın ilk Milli Şəhərsalma Forumu oktyabrın 5-i və 6-da Bakı və Ağdam şəhərlərində keçiriləcək.

Globalinfo.az bildirir ki, “Report”un BMT-nin Azərbaycandakı nümayəndəliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, BMT-nin Məskunlaşma Proqramı və ADA Universitetinin təşkilatçılığı ilə keçiriləcək Forumda şəhərsalmaya dair ölkənin qarşısında duran vəzifələr müzakirə olunacaq.

Tədbirin əsas məqsədi dayanıqlı inkişaf və şəhərlərin bərpasına təkan verən beynəlxalq təcrübələrin mübadiləsi, şəhərlərin bərpasında Azərbaycan modelinin öyrənilməsi, habelə dünyanın müxtəlif yerlərində oxşar problemlərlə üzləşən mütəxəssislər və siyasətçilər ilə əlaqələrin qurulmasıdır.