Azərbaycan və Türkiyə parlament sədrləri regional hadisələri müzakirə etdi – FOTO

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşüb.

Globalinfo.az bildirir ki, APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə M. Şentop “Twitter“ hesabında məlumat paylaşıb.

Qeyd olunub ki, görüş G20 Parlament Sədrləri (P20) Zirvə Toplantısı çərçivəsində İndoneziyanın paytaxtı Cakartada baş tutub. Tərəflər Türkiyə-Azərbaycan münasibətləri və regional hadisələri müzakirə edib.

Azərbaycan və Türkiyə parlament sədrləri regional hadisələri müzakirə edib