Azərbaycan tarixi qərarını verdi: İsraildə səfirlik açacağıq

Azərbaycan İsraildə səfirlik açacaq.

Globalinfo.az bildirir ki, Oxu.az-ın məlumatına görə, bu barədə “KAN-Hadaşot” kanalı yüksək rütbəli İsrail rəsmilərinə istinadən xəbər verib.

Bildirilir ki, Bakı və Qüds İsraildə səfirliyin açılması ilə bağlı intensiv danışıqlar aparır.

O da qeyd edilir ki, iki ölkə arasında diplomatik əlaqələr 30 ildir mövcuddur.