6a7c7f524fa136a7c7f524fa1417865439546a7c7f524fa116a7c7f524fa12 7

Axşam saatlarında yağan güclü yağış Şəkidə fəsadlar yaradıb, turistlər yolda çətinliklərlə üzləşiblər.

Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu gün axşam saatlarında yağan güclü yağış səbəbindən dağlıq ərazilərdən lil və çınqıl kütləsi Kiş kəndindən yuxarıda yerləşən istirahət mərkəzlərinə gedən avtomobil yoluna tökülüb.

Nəticədə yolda hərəkət məhdudlaşıb. Bir neçə avtomobil lilə batıb, lakin sakinlərin köməyi ilə ərazidən çıxarılıb.

Hazırda ərazidə ağır texnikanın köməyi ilə yolun lil və çınqıldan təmizlənməsi istiqamətində işlər aparılır.

313349 d5w5atdo4m photo 2026 08 12 18 27 05 7

Paylaş: