Turk bayraq 1232

Son zamanlarda ABŞ Prezidenti Donald Trampın Avropa İttifaqı (Aİ) ilə bağlı sərt açıqlamaları region ölkələrini ciddi narahat edib. Artıq İttifaqa üzv dövlətlərin liderləri Aİ-nin öz təhlükəsizliyini təmin etməsi mövzusunda müzakirələrə başlayıblar. Bu istiqamətdə aparılan təbliğat kampaniyası çərçivəsində sosial şəbəkələrdə paylaşılan posterlərdən biri Türkiyədə gündəm olub. 

Globalinfo.az xəbər verir ki, Avropanın müxtəlif siyasi dairələrində çalışan şəxslər fərqli sosial platformalar üzərindən region ölkələrinin bir olması və bərabər mübarizə aparması üçün çağırışlar edirlər.

Bu çərçivədə paylaşılan fotolardan biri də hollandiyalı rəssam Reyn Dirksenin 1950-ci illərdə hazırladığı afişadır. “Bütün rənglərimiz dirəyə” başlıqlı afişa Avropanın birliyini təmin edilməsi istiqamətində hazırlanan Marşal Planı üzrə keçirilən müsabiqənin qalibi olub. Beləliklə o illərdə əsas təbliğat fotolarından biri kimi seçilib. Bütün Avropa ölkələrinə “hamımız eyni gəmidəyik” mesajı verilib.

Lakin sözügedən foto Türkiyə vətəndaşları arasında birmənalı qarşılanmayıb. Avropa İttifaqının 30 ildən çoxdur Türkiyəni gözlətdiyi, üzvlük verilmədiyi, türklərin regiona səfərlərinə problem yaradıldığı, illərdir Avropada bir çox foto və karikaturalarda Türkiyənin pis göstərildiyi, məqsədli şəkildə düşmən kimi təqdim olunduğu, yumor obyektinə çevirildiyi bildirilir. Uzun müddətdir bu ölkəni özündən uzaqda saxlamağa çalışan Aİ-nin təhlükəsizlik məsələsi gündəmə gəldiyi an Türkiyənin Avropanın bir parçası olduğunu xatırlaması ciddi tənqid atəşinə tutulub. Fotonu paylaşan xarici səhifə və siyasətçilərin postlarına da çox sayda narazı rəylər bildirilir.

Qeyd edək ki, Marşal Planı İkinci Dünya müharibəsindən sonra – 1947-ci ildə təklif olunan, 1948-1951-ci illərdə qüvvəyə minmiş, ABŞ-ın antikomunist məqsədlərlə təklif etdiyi yardım paketidir. Bu çərçivədə 16 ölkə iqtisadi inkişaf üçün Vaşinqtondan yardım alıb.

GlCNMNmWEAA73AF

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: