Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırıldı

Krım yarımadasının Sevastopol şəhərində ardıcıl partlayış səsləri eşidilib.

Globalinfo.az xəbər verir ki, bu barədə yerli Teleqram kanalları məlumat yayıb.

“Krım körpüsündə avtomobillərin hərəkəti müvəqqəti olaraq dayandırılıb”, – məlumatda bildirilib.

Ehtimal edilir ki, havadan müdafiə sistemləri hücuma cəhd göstərən dronları məhv edir.