Avropada yeni müharibə – 10 minlik qoşun sərhədə yığılır

Polşa hakimiyyəti Belarusla sərhəddə 10 min hərbçi yerləşdirmək qərarına gəlib.

Globalinfo.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşak bəyanat yayıb.

Onun sözlərinə görə, 4 min hərbçi sərhədçilərə dəstək verəcək, 6 min hərbçi ehtiyatda olacaq.

Nazir qeyd edib ki, yaxın iki il ərzində Polşa Avropada ən güclü quru qoşunlarına sahib olacaq. Bunun üçün isə müdafiə sahəsindəki tədbirlər davam etdirilməlidir.

Qeyd edək ki, Polşa Belarus sərhədinə “Vaqner” üzvlərinin yerləşdirilməsindən sonra gücləndirmə işlərinə başlayıb. Belə ki, iyul ayının əvvəlində sərhədə 500 polis cəlb edilib.

Ayşən Mustafa
Globalinfo.az