AVRO-2024: İngiltərə Serbiyaya qalib gəldi

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının C qrupunda daha bir oyun başlayıb.

Globalinfo.az xəbər verir ki, Serbiya – İngiltərə matçı Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Qarşılaşmanı italiyalı Daniele Orsato idarə edir. C qrupunun digər görüşündə Danimarka Sloveniya ilə bərabərə qalıb – 1:1.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

***

Matçın 13-cü dəqiqəsində İngiltərə yığması hesabı açıb: 0 – 1

Oyunda Cud Bellinqem fərqlənib.

***

Qarşılaşma britaniyalıların qələbəsi ilə bitib: 0 – 1