Misli Premyer Liqasında XIII tura yekun vurulub.
Globalinfo.az xəbər verir ki, günün son oyununda “Qarabağ” “Zirə” ilə qarşılaşıb. Görüş Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Turun əvvəlki matçlarında “Neftçi” “Şamaxı” ilə (2:2), “Səbail” “Turan Tovuz”la (1:1), “Sabah” isə “Kəpəz”lə (2:2) heç-heçə edib, “Araz-Naxçıvan” isə “Sumqayıt”ı 1:0 hesabı ilə üstələyib.
Turnir cədvəlinə 31 xalla “Qarabağ” başçılıq edir. “Araz-Naxçıvan” 27 xalla 2-ci, 26 xala malik “Turan Tovuz” isə 3-cü pillədə qərarlaşıb.
***
Azərbaycan Premyer Liqasının 13-cü turunda daha bir oyun keçirilib.
Globalinfo.az xəbər verir ki, “Araz-Naxçıvan” “Sumqayıt”la üz-üzə gəlib.
Qarşılaşma Naxçıvan klubunun qələbəsi ilə başa çatıb – 1:0. 87-ci dəqiqədə Ülvi İsgəndərov fərqlənib.
Bu nəticədən sonra xallarının sayını 30-a çatdıran Naxçıvan klubu hələlik birinci pillədə qərarlaşıb. “Gənclik şəhəri” təmsilçisi 13 xalla yeddinci sırada yer alıb.
Günün digər matçında “Qarabağ” “Zirə” ilə üz-üzə gələcək.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Neftçi” “Şamaxı” ilə (2:2), “Səbail” “Turan Tovuz”la (1:1), “Sabah” isə “Kəpəz”lə (2:2) heç-heçə edib.