fidan araqci scaled

İran xarici işlər naziri Abbas Araqçının Ankaraya səfəri zamanı Türkiyə Suriya Prezidenti Bəşər Əsəddən heç bir mesaj almayıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti mənbələrə istinadən məlumat yayıb.

“Bəşər Əsədin Türkiyə hakimiyyəti ilə görüş istəyib-istəməyəcəyi də maraq doğururdu. Lakin nə Rusiya xarici işlər naziri, nə də İranın xarici işlər naziri bu barədə açıqlama verdi. İranlı nazir Əsəddən Ankaraya mesaj gətirməyib”, – mənbə bildirib.

Qeyd edək ki, dekabrın 1-də İranın xarici işlər naziri Abbas Araqçı Dəməşqə səfər edib, burada Suriya Prezidenti Bəşər Əsədlə danışıqlar aparıb, dekabrın 2-də isə Türkiyədə türkiyəli həmkarı Hakan Fidan ilə görüşüb.

Paylaş: