Araik elan edib: Yol açılır, Azərbaycan işıq və qaz çəkir!

Qarabağdakı separatçıların başçısı Araik Arutyunyan ötən gün “təhlükəsizlik şurası”nın iclasında Ağdam-Xankəndi yolunun açılacağını bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazıb.

İclasda həmçinin keçmiş “tş katibi” Samvel Babayan da iştirak edib. Separatçıların başçısı məsələni müzakirəyə çıxarmayıb və bunu fakt olaraq ortaya qoyub.

Araik bildirib ki, bu yol vasitəsilə tikinti materialları, dizel yanacağı, dərman və s. ticarəti olacaq, ərzaq məhsulları isə Laçın yolundan sülhməramlıların köməyi ilə daşınacaq. Ancaq bu, Laçın yolunda hərəkətin tam bərpası anlamına gəlməyəcək, Qarabağdakı sakinlərin hərəkəti məhdud olacaq.

Məlumata görə, Arutyunyan deyib ki, növbəti mərhələdə qaz və elektrik enerjisinin Azərbaycan tərəfindən təchizi məsələsi müzakirə olunacaq.

Tamerlan Yayaqan
Globalinfo.az