Anna Akopyan keçmiş həyat yoldaşı Nikol Paşinyanla bağlı çağırış edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “İravunk” qəzeti məlumat yayıb.
O, ətrafını parlament seçkilərində Paşinyana səs verməyə səsləyib.
“Akopyan Paşinyandan ayrılsa da, onun yenidən seçilməsini birmənalı şəkildə dəstəkləyir və ətrafındakılara da eyni şeyi etməyi məsləhət görür”, – deyə qəzetdə yazılıb.
Anna bildirib ki, münasibətləri hər hansı formada bu məsələyə təsir etməməlidir.
“Mən vətəndaşlıq borcumu yerinə yetirəcəyəm və birmənalı olaraq hazırkı baş nazirə səs verəcəyəm”, – deyə Akopyan əlavə edib.
Safura Bənnayeva
Globalinfo.az