hakan fidan

Türkiyə Ukrayna ilə bağlı danışıqları təşkil etməyə və nizamlanmaya töhfə verməyə hazırdır.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

O, Ankaranın ABŞ Prezidenti Donald Trampın müharibənin dayandırılması ilə bağlı təşəbbüsünü dəstəklədiyini bildirib:

“Bu, Türkiyənin mövqeyinə uyğundur”.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev olmadan imzalanacaq razılaşma ilə barışmayacağını deyib. Bu açıqlamaya Vaşinqtondan reaksiya verilməyib. Lakin ABŞ rəsmiləri bundan öncə Zelenskini müharibəni bitirməməkdə ittiham ediblər.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: