Anar Kərimov: “Qarabağda vandalizmə məruz qalan abidələr UNESCO-ya göndərilir”

Qarabağdakı dağıdılmış abidələr nazirliyin daima diqqətində olan bir məsələdir.

Globalinfo.az bildirir ki, APA-nın xəbərinə görə, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.

Nazir sözügedən dağıntıların daima beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində iş getdiyini vurğulayıb: “Bu məsələ ənənəvi olaraq, bizim gündəmimizdədir. 30 illik işğalda qalan, vandalizmə məruz qalan abidələrin ilk olaraq inventarlaşdırılması məsələsini həll etmişik. Daha sonra foto-video fiksasiya edilərək, dağıdılma vəziyyətinə uyğun olaraq təsnifatlandırılıb. Və davamlı olaraq, beynəlxalq təşkilatlara UNESCO, İSESCO kimi təşkilatlara göndərilir, məlumatlandırılır. Ermənistan bu cinayətlərə görə məsuliyyətə cəlb edilməlidir”.