Tramp Putinə bunu deyəcək, savaş bitəcək – Conson

“Artıq Kiyevi maliyyələşdirmək istəyimiz yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson deyib.

O bildirib ki, Ukraynadakı münaqişəni həll edə biləcək Donald Trampın prezident seçkilərində qalib gəlməsini istəyir.

“Mən Kiyevin daha çox maliyyələşdirilməsinin əleyhinəyəm. Ümid edirəm ki, buna ehtiyac olmayacaq. Donald Tramp seçkilərdə qalib gəlsə, Ukraynadakı münaqişəyə son qoya biləcək. Düşünürəm ki, Tramp Rusiya Prezidenti Vladimir Putinə zəng edib “bəsdir” deyəcək. Məncə, dünyada hamı bu münaqişədən bezib və problemin həllini istəyir”, – Conson vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az