“Rusiya Prezidenti Vladimir Putin çox böyük iş görüb və ölkəni ayağa qaldırıb”.
Globalinfo.az xəbər verir ki, bunu amerikalı jurnalist Taker Karlson deyib.
“Putinin bu işi hər hansı Almaniya kanslerinin gördüyü işdən də yaxşıdır. Onların ölkəsi çökür, Rusiya yüksəlir. Almaniya öz siyasətçilərinə nifrət etməlidir, amma təəssüf ki, Putini düşmən hesab edir. Keçmiş kansler Angela Merkel ölkə sərhədlərini böyük miqrant axınına açmaqla Almaniyanı sözün əsl mənasında məhv edib. Parkı zibillər və miqrantlarla dolduran Putin deyil, Merkeldir. Ona görə də almanlar öz siyasətçilərinə və Rusiya prezidentinə münasibətinə yenidən baxmalıdırlar”, – deyə o bildirib.
Jurnalist hazırkı kansler Fridrix Mertzin də oxşar siyasəti davam etdirdiyini vurğulayıb.
T.Karlsonun bu fikirləri sosial mediada gündəm olub.
Əliyar Xəlil
Globalinfo.az