Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya Prezidenti COP29-a dəvət edilib.

Globalinfo.az xəbər verir ki, təklif Aleksandr Vuçiçin həmkarı Prezident İlham Əliyevə telefon zəngi zamanı səsləndirilib.

O, son dövrlərdə Serbiyanın məruz qaldığı təzyiqlər haqqında məlumat verərək dost Azərbaycan xalqının dəstəyini xahiş edib.

Azərbaycan lideri isə ölkəmizlə Serbiyanın bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini və bu mövqenin davam etdiriləcəyini vurğulayıb.