IMG 20221209 WA0062

Qarabağ qazisi Nəzərov Zaid vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə oğlu məlumat verib.

O, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Bu gün günorta saatlarında Bibiheybət qəbirstanlığında dəfn olunub.

Qeyd edək ki, Zaid Nəzərov Birinci Qarabağ döyüşlərində Azərbaycanın  ilk tankçılarından olub. O, Birinci Qarabağ müharibəsi zamanı Şuşanın müdafiəsində iştirak etmiş döyüşçü, əfsanəvi tankçı Albert Aqarunovun döyüş yoldaşı olub. Ağır və şərəfli döyüş yolu keçib.

O, “Qarabağ qaziləri” İctimai Birliyinin Xətai filialındakı nümayəndəliyinin sədri idi.

IMG 20221209 WA0060

Turan Rzayev

Globalinfo.az

Paylaş: