Avropa Şurasının Prezidenti Antonio Kosta, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və Avropa Parlamentinin prezidenti Roberta Mezzola Avropa Siyasi Birliyinin (EPC) 8-ci Zirvə Görüşündə iştirak etmək üçün Ermənistana gəliblər.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat verib.
Onları Zvartnots Beynəlxalq Hava Limanında Ermənistan Respublikası Milli Assambleyasının sədri Alen Simonyan qarşılayıb.