1025009 res 0 e5e1b3bf73203227

Avropa İttifaqına üzv ölkələrin liderləri Ukrayna Prezidenti Volodimir Zelenskiyə  Donald Trampa qarşı açıqlamalarının tonunu yumşaltmaq məqsədilə heç bir təzyiq göstərməyiblər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” nəşri Brüsseldə liderlər arasında keçirilən danışıqların məzmunundan xəbərdar olan dörd avropalı diplomata istinadən məlumat yayıb.

Jurnalistlər Aİ liderlərinin Zelenskini Trampla ünsiyyətdə daha yumşaq mövqe tutmağa inandırmaq niyyəti barədə yayılan məlumatları Danimarkanın Baş naziri Mette Frederiksendən soruşublar.

O, bu iddiaların reallığı əks etdirmədiyini bildirib.

Qeyd edək ki, Donald Tramp daha əvvəl “Newsmax” telekanalına müsahibəsində Ukrayna liderini Rusiyanın neft emalı zavodlarına hücumlara görə yenidən tənqid edib.

O, həmçinin Zelenskinin ABŞ-ın münasibət saxlamalı olduğu şəxs sayılmadığını bildirib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: