Ağır qəzada ölənlərin adları açıqlandı – YENİLƏNİB

Naxçıvanın Kəngərli rayonunda baş verən qəza zamanı ölən 6 nəfərdən 5-nin kimliyi məlum olub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, ölən şəxslər aşağıdakılardır:

1960-ci il təvəllüdlü Cəfərova Sahiyə Əsəd qızı, 1973-cü il təvəllüdlü Sultanov Xanlar Şəmil oğlu, 1996-cı il təvəllüdlü Oruclu Amil Akif oğlu, 2000-ci il təvəllüdlü Əlizadə Hikmət Rovşən oğlu və 2020-ci il təvəllüdlü Əlisultanov Fateh Fariz oğlu.

***09:12

Naxçıvanda baş verən ağır yol qəzasında ölənlərin sayı artıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Kəngərli rayonunda baş verən hadisə zamanı 5 nəfər ölüb.

Qəzada yaralı olan beş nəfərin vəziyyəti də ağır qiymətləndirilir.

Hər iki avtomobildə olanların toy məclisindən qayıtdığı bildirilir.