resize 1

Ağcabədidə qanunsuz ov edən şəxslər saxlanılıblar.

DİN-dən Globalinfo.az-a bildirilib ki, Ağcabədi rayonunda polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı İ.Quliyev və qardaşı R.Quliyev saxlanılıblar.

Onlardan 2 ədəd ov tüfəngi və müvafiq icazələri olmadan qanunsuz olaraq ovladıqları çöl quşları aşkarlanıb.

Həmin şəxslər barəsində İnzibati Xətalar məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib.

Paylaş: