Məhkəmə “Meydan TV” işi üzrə saxlanılan Ülviyyə Əli (Quliyeva) barəsində qərar verib.
Globalinfo.az “Report”a istinadən, Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə onun barəsində 1 ay 29 gün müddətə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, bundan əvvəl “Meydan TV”nin əməkdaşları – Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Ülvi Tahirov da saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.
***09:06
Jurnalist Ülviyyə Əli (Quliyeva) saxlanılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Ülviyyə Əlinin “Meydan TV” işi ilə əlaqədar saxlanıldığı qeyd olunur.