AFFA prezidenti və millinin baş məşqçisi kim olacaq?

“İşçi qrupunun iclasında Azərbaycan millisinə yerli və ya əcnəbi məşqçi olması fikirləri səsləndirilməyib”.

Globalinfo.az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Sərxan Hacıyev deyib.

Baş katib bildirib ki, yeni gələcək baş məşqçinin milli komandanın kriteriyalarına uyğun olması önəmlidir:

“Hələ ki Azərbaycan milli komandasına baş məşqçi seçimi barədə vaxta ehtiyacımız var”.

Sərxan Hacıyev qeyd edib ki, bu günədək AFFA-ya prezidentliyə namizəd olmaq istəyən hər hansı bir şəxs müraciət etməyib: “Nizamnaməyə görə konfransa 10 gün qalmışa kimi bütün müraciətlər tamamlanmalıdır. Hazırda isə bu proses üçün zaman var”.