Aeroport yolunda ağır qəza: ölən var – VİDEO

Gecə saatlarında Suraxanı rayonu ərazisində – Heydər Əliyev prospektində ağır yol qəzası baş verib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, prospektin Aerport yolu kimi tanınan hissəsində “BMW” və “Azsamand” markalı avtomobillər toqquşub.

Nəticədə “Azsamand”ın sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.