ady7

Azərbaycan Dəmir Yolları” QSC (ADY) 30 sentyabr – 2 oktyabr tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilən Mərkəzi Asiyanın ən iri nəqliyyat-logistika tədbiri — “TransLogistica Kazakhstan 2025” sərgisində iştirak edir.

Globalinfo.az xəbər verir ki, 25-dən çox ölkədən 500-dən artıq şirkətin qoşulduğu sərgidə “ADY Express” MMC-nin stendinə böyük maraq göstərilib.

Stendi Qazaxıstanın nəqliyyat nazirinin müavini Maksat Kaliakparov da ziyarət edib. Ziyarətçilərə Azərbaycanın tranzit potensialı, əlverişli coğrafi mövqeyi və müasir dəmir yolu infrastrukturunun inkişafı barədə geniş məlumat verilib. Bildirilib ki, Azərbaycan Avropa ilə Asiya arasında yükdaşımaların təmin olunmasında strateji rol oynayır. Ölkə ərazisindən keçən əsas beynəlxalq marşrutlar sayəsində həmçinin Bakı Beynəlxalq Dəniz Limanından istifadə olunmaqla multimodal daşımalar həyata keçirilir.

ADY nümayəndələri sərgi çərçivəsində beynəlxalq marşrutların perspektivlərini müzakirə etmək və Azərbaycanın Avrasiyanın əsas tranzit qovşağı kimi imkanlarını təqdim etmək məqsədilə bir sıra görüşlər keçirib, danışıqlar aparıblar.

ADY yüklərin etibarlı və təhlükəsiz daşınmasını təmin edir, aktiv şəkildə rəqəmsal texnologiyaları tətbiq edir və terminal imkanlarını genişləndirir. Bu isə tərəfdaşlara logistik prosesləri optimallaşdırmağa və tranzit vaxtını əhəmiyyətli dərəcədə qısaltmağa şərait yaradır.

ed842ab8 c80e 4a09 ac18 9c2bfdc1725a
9994f74b d83c 4627 bdc8 8749c4b0e908
3b7b6689 18f9 4c0e b645 76dc77c74e5f
0386f232 96cd 4d94 9e3c bb05f1bdcf0e

Paylaş: