Nazirlə qapalı görüşdə bu məşhurlar iştirak edib – SİYAHI

Mədəniyyət naziri Adil Kərimli vəzifəyə təyin edildikdən sonra sənət adamları ilə görüş keçirib.

Bu barədə Globalinfo.az-a Xalq artisti Rasim Balayev məlumat verib.

O bildirib ki, görüş Kino Forumu çərçivəsində baş tutub.

Globalinfo.az-ın başqa mənbədən əldə etdiyi məlumata görə, görüşdə Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova, Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Hüseynov, Xalq artisti Oqtay Mirqasımov, “Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynov,  Azərbaycan kinooperatoru Rafiq Quliyev, Azərbaycan kino rejissoru Yavər Rzayev, Xalq artisti Rasim Balayev, aktyor Azər Aydəmir, şoumen Kamran Həsənli, rejissor Vaqif Mustafayev, kinoşünas Ayaz Salayev və digərləri iştirak ediblər.

Zaira Akifqızı
Globalinfo.az