l 0x66wh 786x458z 1

Vaşinqton və Bağdad ABŞ qoşunlarının ölkədən çıxarılması ilə bağlı razılığa gəlib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Amerika qüvvələri 2025-ci ildə “Ayn əl-Əsəd” bazasını tərk edəcək.

“Bizim razılaşmamız var. İndi yeganə sual onu nə vaxt elan etməkdir. Hazırda əməliyyatın təfərrüatları məlum deyil və əlavə təsdiq tələb olunur”, – deyə amerikalı mənbə bildirib.

Xatırladaq ki, yanvarın 6-da İraqın baş naziri Məhəmməd əl-Sudani hökumətin ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq hərbi koalisiyanın ölkədən çıxarılması prosesinə başladığını açıqlayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az  

Paylaş: