1781712454 1748059215 imtahan 4

VaşinqtonTehran arasında əldə olunan razılaşmanın imzalanması yaxın 48 saat ərzində baş tuta bilər.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Fransanın Evian-le-Ben şəhərində keçirilən G7 sammitindən sonra keçirilən mətbuat konfransında deyib

Onun sözlərinə görə, qarşılıqlı anlaşma memorandumunun mətni artıq yekunlaşdırılıb, lakin imzalanma mərasiminin keçiriləcəyi məkan hələ müəyyən edilməyib.

ABŞ lideri həmçinin qeyd edib ki, Amerika Silahlı Qüvvələri bir müddət də Fars körfəzi regionunda qalmağa davam edəcək.

Tramp əlavə edib ki, İranın ballistik raketlərə malik olmasının tam şəkildə qadağan edilməsi ədalətli yanaşma olmazdı.

“Yaxın Şərqdəki digər ölkələrin də bu cür silahları var. Ona görə də İranın ballistik raketlərə sahib olmasını tamamilə qadağan etmək düzgün olmaz”, – deyə ABŞ Prezidenti vurğulayıb.

Paylaş: