azer badamov

“Azərbaycan beynəlxalq hüququn pozulması səbəbindən ən çox zərər görən ölkədir. 30 il ərzində ABŞ və Fransa Bakını işğalla barışdırmağa çalışıb”.

Globalinfo.az xəbər verir ki, bunu deputat Azər Badamov Milli Məclisin oktyabrın 8-də keçirilən plenar iclasında deyib.

“Onların yaratdığı Minsk qrupu BMT Təhlükəsizlik Şurasının qətnamələrini heçə saydı və siyasi teatr səhnələri qurdu. Torpaqları işğaldan azad etmək nə vaxtdan beynəlxalq hüququn pozulması hesab edilir? Bu qədər riyakarlıq və ikiüzlülük olmaz”, – deputat bildirib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: